SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlYaponiya, ABŞ və Cənubi Koreya liderləri Xirosimada görüşməyi planlaşdırırlar
01 May 2023 16:26 | Baxış sayı: 507
“Böyük Yeddilik” (G7) ölkələrinin mayın ikinci yarısında Xirosimada keçiriləcək sammiti zamanı Yaponiyanın Baş naziri Fumio Kişida, ABŞ Prezidenti Cozef Bayden və Cənubi Koreya lideri Yun Seok Yeol arasında üçtərəfli görüşün keçirilməsi planlaşdırılır.
Bu barədə “Jiji” agentliyi məlumat yayıb.
Görüş zamanı üçtərəfli əməkdaşlığın, həmçinin regional problemlərin, o cümlədən Koreya Xalq Demokratik Respublikasının nüvə-raket proqramının və Tayvan ətrafında vəziyyətin müzakirə edilməsi planlaşdırılır.
Xatırladaq ki, üç ölkə liderlərinin bu formatda son görüşü ötən ilin noyabrında Kambocada keçirilib.