20 Aprel 2025
Yanvarın ilk günləri QARSIZ KEÇƏCƏK - PROQNOZ

Yanvarın ilk günləri QARSIZ KEÇƏCƏK - PROQNOZ

Yanvarın ilk günləri QARSIZ KEÇƏCƏK - PROQNOZ

02 Yanvar 2024 11:54 | Baxış sayı: 578

2024-cü ilin yanvar ayının ilk ongünlüyündə Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi bəzi günlərdə arabir güclənəcək.

AJMEDİA.İNFO xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

O qeyd edib ki, bölgələrdə də əsasən yağmursuz hava şəraiti gözlənilsə də, lakin ongünlüyün ortalarında, əsasən dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı, qərb küləyinin arabir güclənəcəyi proqnozlaşdırılır.