08 Fevral 2025
Yanvarın 18-i axşamdan 19-u səhərədək... - Əhaliyə XƏBƏRDARLIQ!

Yanvarın 18-i axşamdan 19-u səhərədək... - Əhaliyə XƏBƏRDARLIQ!

Yanvarın 18-i axşamdan 19-u səhərədək... - Əhaliyə XƏBƏRDARLIQ!

17 Yanvar 2025 16:59 | Baxış sayı: 273

Bakıda və Abşeron yarımadasında yanvarın 18-də axşamdan yanvarın 19-da səhərədək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.


AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.


Məlumata görə, yağıntının yarımadanın ayrı-ayrı yerlərində qısa müddətə intensivləşəcəyi ehtimal olunur.


Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq yanvarın 18-də axşamdan yanvarın 20-də gündüzədək hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir.


Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi ehtimalı var. Yanvarın 19-da gündüz yağıntıda qısa müddətə fasilə olacaq.