20 Aprel 2025
Yanğına görə Xəzər TV-nin binası BOŞALDILIR

Yanğına görə Xəzər TV-nin binası BOŞALDILIR

Yanğına görə Xəzər TV-nin binası BOŞALDILIR

27 Sentyabr 2024 14:57 | Baxış sayı: 444

Xətai rayonu, Süleyman Əhmədov küçəsində yanğın hadisəsi baş verib.


AJMEDİA.İNFO xəbər verir ki, Xəzər Media Mərkəzinin binasının yaxınlığındakı yanğına görə, kanalda evakuasiya prosesi başlayıb.


Həmçinin bu səbəbdən 8 Noyabr prospektindən qeyd olunan küçə istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.


Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, S.Əhmədov küçəsi yaxınlığında obyektdə yanğın olması barədə ilkin məlumat daxil olub.


Məlumatla əlaqədar Nazirliyin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.


Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.


Əlavə məlumat veriləcək.