20 Aprel 2025
Yağış və leysan nə vaxtadək davam edəcək? - RƏSMİ AÇIQLAMA

Yağış və leysan nə vaxtadək davam edəcək? - RƏSMİ AÇIQLAMA

Yağış və leysan nə vaxtadək davam edəcək? - RƏSMİ AÇIQLAMA

22 Oktyabr 2024 10:00 | Baxış sayı: 262

"Ölkə ərazisində yağıntılı hava şəraitinin bu gün günorta saatlarından sonra tədricən kəsiləcəyi gözlənilir".

AJMEDİA.İNFO xəbər verir ki, bu açıqlamanı Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Oxu.Az-ın sorğusuna cavab olaraq verib.

O qeyd edib ki, respublika ərazisində yağıntılı hava şəraiti davam etməkdədir.

"Hazırda hansı bölgələrə nə qədər yağıntının düşməsi hesablanır. Bununla bağlı əlavə məlumat veriləcək", - deyə G.Məmmədova bildirib.

Qeyd edək ki, bir neçə gündür ki, ölkə ərazisində hökm sürən yağıntılı hava şəraiti həm bölgələrdə, həm də paytaxtda ciddi fəsadlara yol açıb.