20 Aprel 2025
Yağıntılar nə vaxta qədər davam edəcək? - Proqnoz

Yağıntılar nə vaxta qədər davam edəcək? - Proqnoz

Yağıntılar nə vaxta qədər davam edəcək? - Proqnoz

16 Aprel 2025 13:42 | Baxış sayı: 325

Aprelin 17-də gözlənilən hava şəraiti açıqlanıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli yağış yağacağı, səhər tədricən kəsiləcəyi gözlənilir. Güclü şimal-qərb küləyi axşam mülayimləşəcək.

Havanın temperaturu gecə 6-9° isti, gündüz 12-16° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Səhər qərb rayonlarından başlayaraq tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 5-9° isti, gündüz 13-18° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-5° isti olacaq.