20 Aprel 2025
Xüsusi təyinatlılar koloniyadakı dörd məhbusu öldürdü

Xüsusi təyinatlılar koloniyadakı dörd məhbusu öldürdü

Xüsusi təyinatlılar koloniyadakı dörd məhbusu öldürdü

23 Avqust 2024 16:40 | Baxış sayı: 327

Rusiyanın təhlükəsizlik qüvvələrinin nümayəndələri Volqoqrad vilayətinin Surovikino şəhərində yerləşən 19 sayılı islah koloniyasında əməliyyat keçiriblər.
Hücumun başladığını “Mash” və “Baza” teleqram kanalları yayıb.
Eyni zamanda, Surovikino sakinləri atışma səslərini eşitdiklərini yazırlar.
Məlumata görə, koloniya işçilərini girov götürən məhbusların 4-ü öldürülüb.
Yerli sakinlər bildirib ki, Surovikinoda internetlə bağlı problemlər olub.
Məlumata görə, hücum zamanı məhkumlar tərəfindən saxlanılan bütün girovlar azad edilib.