SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəlXocavənddəki terrorda 4 polis həlak olub - ADLAR
19 Sentyabr 2023 07:03 | Baxış sayı: 1092
Ötən gecə DİN əməkdaşlarının həlak olduğu hadisə ilə bağlı bəzi faktlar üzə çıxıb.
AJMEDİA.İNFO xəbər verir ki, Baş Prokurorluq, DİN və DTX-nin birgə məlumatında polis əməkdaşların qəza səbəbindən deyil, erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləşdirilmiş minaya düşərək həlak olması bildirilib. Belə ki, onlar erməni terrorçularının törətdiyi diversiya aktı nəticəsində AAYDA əməkdaşlarının həlak olduğu qəza yerinə gedərkən digər minaya düşüblər.
Törədilmiş terror aktı nəticəsində DİN-in əməkdaşları olan 05.02.1994-cü il təvəllüdlü Camalzadə Asim Knyaz oğlu, 08.07.1987-ci təvəllüdlü Şirinov Ramil Arif oğlu, 12.07.1991-ci il təvəllüdlü Mahmudov Seymur Elsevər oğlu və 21.07.1998-ci il təvəllüdlü Zamanov Xəzər Azər oğlu hadisə yerində həlak olub.
Faktla DTX-nin İstintaq Baş İdarəsində cinayət işi başlanıb.