SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəlXocalı prospektində nəqliyyatın hərəkəti ilə bağlı VACİB AÇIQLAMA
24 Sentyabr 2024 17:07 | Baxış sayı: 365
"Xocalı prospektində avtomobillər hər iki hərəkət zolağından istifadə edə bilərlər".
AJMEDİA.İNFO bildirir ki, bu barədə Oxu.Az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
"Xocalı prospektində parklanma yerləri və velosiped zolağı ilə bərabər avtomobillərin hərəkəti üçün 2 zolaq təşkil edilib. Həmin prospektdə müvəqqəti avtobus zolağında 5.9 - "Marşrut nəqliyyat vasitələri üçün zolaq" yol nişanları quraşdırılmayıb və zolaq hələ ki, qüvvədə deyil.
Bu səbəbdən avtomobillər hər iki hərəkət zolağından istifadə edə bilərlər", - məlumatda vurğulanır.
Qeyd edək ki, Xocalı prospektində aparılan yeni xətlənmələrin sürücülərin narazılığına səbəb olması ilə bağlı məlumat vermişdik.