Məhkəmə üç tiktokerlə bağlı QƏRAR VERDİ
dünən 18:00XİN-dən səfirliyimizə hücumla bağlı açıqlama: "Kalaşnikov markalı avtomatla mühafizə postunu yararaq..."
27 Yanvar 2023 09:48 | Baxış sayı: 589
"Yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub".
Bu barədə AJMEDİA.İNFO-ya Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Hücum edən şəxs kalaşnikov markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.
Hal-hazırda bu xain hücum üzrə araşdırma gedir.
Məsələnin təfərrüatı barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.
Allah şəhidimizə rəhmət eləsin!