SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəl"XİN-də Azərbaycan dilini bilən yoxdur" - Millət vəkilindən SƏRT TƏNQİD
25 Yanvar 2023 12:40 | Baxış sayı: 473
"Xarici İşlər Nazirliyində Azərbaycan dilini bilən yoxdur".
AJMEDİA.İNFO xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçiriən iclasında “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsinin müzakirəsi zaman deputat Nizami Cəfərov deyib.
O bildirib ki, qeyri-maddi sözü kənardan gəlir, bunun izahını vermək lazımdır:
“Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsinin adını düzgün yazmaq lazımdır. Qeyri-maddi mədəni nədir? Mən dilçiliklə məşğulam, amma bilmirəm bu nədir. Bunun izahını vermək lazımdır. UNESCO-da Novruz bayramı qeyri-maddi mədəni irs kimi qeydiyyatdan keçib. Bu necə qeyri-maddi mədəni irs ola bilər? Xarici İşlər Nazirliyi ilə də müzakirələr aparmaq lazımdır, ancaq nazirlikdə Azərbaycan dilini bilən yoxdur. Bilən də yaddan çıxarıb”, - deyə deputat əlavə edib.(unikal)