20 Aprel 2025
XİN Beynəlxalq Holokost Qurbanlarını belə andı

XİN Beynəlxalq Holokost Qurbanlarını belə andı

XİN Beynəlxalq Holokost Qurbanlarını belə andı

27 Yanvar 2025 13:07 | Baxış sayı: 396

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Beynəlxalq Holokost Qurbanlarını Anım Günü ilə bağlı paylaşım edib.

AJMEDİA.İNFO xəbər verir ki, məlumat nazirliyin rəsmi "X" sosial media hesabında paylaşılıb.

"27 yanvar - Beynəlxalq Holokost Qurbanlarını Anım Günündə biz bəşər tarixinin ən iyrənc vəhşiliklərindən birinin qurbanlarını xatırlayır və yad edirik.

Biz dini və etnik nifrətə, soyqırımına və insanlıq əleyhinə cinayətlərə qarşı birləşirik və antisemitizmin, ksenofobiyanın bütün formalarına, həmçinin dözümsüzlük təzahürlərinə qarşı çıxırıq", - paylaşımda qeyd olunub.