SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəlXI sinif şagirdi Raul Rəhimovu öldürən sinif yoldaşıdır? - RƏSMİ AÇIQLAMA
23 Yanvar 2024 07:46 | Baxış sayı: 613
Xəbər verdiyimiz kimi, Gəncədə XI sinif şagirdi Raul Rəhimov məktəbin önündə bıçaqlanaraq qətlə yetirilib.
Sosial şəbəkələrdə şagirdin sinif yoldaşı tərəfindən bıçaqlandığı iddia olunur.
AJMEDİA.İNFO xəbər verir ki, məsələ ilə bağlı Sfera.az Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə sorğu ünvanlayıb.
Agentlikdən sorğuya cavab olaraq bildirilib ki, yeniyetməni bıçaqlayan məktəb şagirdi deyil.
Qeyd edək ki, məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunur və digər zəruri hərəkətlər yerinə yetirilir.
Fakta görə Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.