SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəl"Xəyanətə görə ailəmi dağıtmaram" - Aktrisa Xuraman Əlizadə
04 Dekabr 2023 11:34 | Baxış sayı: 994
"Həyatdır. Həyatda da ər-arvad arasında xəyanət ola bilər. Sözümdən kim inciyir incisin. Hələ gözümlə onun xəyanətini görməmişəm. Amma kişilərin çoxu xəyanət edir. Etsin də... Nə həyat yoldaşımın telefonuna əl vururam, nə görüntülü zəng edərəm".
AJMEDİA.İNFO xəbər verir ki, bu sözləri aktrisa Xuraman Əlizadə "Günaydın, Azərbaycan" proqramında deyib. Sənətçi xəyanətdən danışaraq, həyat yoldaşının xəyanətini bağışlayacağını söyləyib.
O bildirib ki, bir çoxları onun artıqçəkili olmasını ələ salır:
"İndi deyəcəklər kilolusan, acizsən ona görə elə deyirsən. Ən gözəl qadının belə həyat yoldaşı ona xəyanət edir. Bir xəyanətə görə ailəmi dağıtmaram. Kişi kişidir, qadın qadındır".