SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlXersonun atəşə tutulması nəticəsində yaralıların sayı 18-ə çatıb
08 İyun 2023 19:11 | Baxış sayı: 558
Rusiyanın Ukraynanın Xerson vilayətini atəşə tutması nəticəsində 1 nəfər ölüb, 18 nəfər yaralanıb.
Bu barədə Xerson Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleksandr Prokudin bildirib.
Onun sözlərinə görə, sırf Xerson şəhərində 9 nəfər yaralanıb. Onlar daşqınla əlaqədar vətəndaşların təxliyəsinə cəlb olunmuşdular.
Xatırladaq ki, iyunun 8-də rusiyalıların Kaxovka SES-in partlatması nəticəsində su altında qalan Xerson vilayətinin Korabelnı rayonu atəşə tutulub.