SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlXankəndidə doğulan sonuncu azərbaycanlının faciəvi ölümü - VİDEO
06 May 2024 06:32 | Baxış sayı: 436
İşğal vaxtı ermənilərin daha bir azərbaycanlının başına gətirdiyi işgəncəli acı taleyi məlum olub. Belə ki, 1993-cü ildə Xankəndidə doğulan sonuncu azərbaycanlı körpəyə qarşı erməni tibb bacısı inanılmaz qəddarlıq edib.
AJMEDİA.İNFO xəbər verir ki, bununla bağlı İTV reportaj hazırlayıb.
Bildirilib ki, Hacıyevlər ailəsi əslən Kəlbəcərdəndir. Ailənin gəlini Gülcamal Quliyeva Kəlbəcərin işğalı zamanı əsir düşəndə hamilə olub. Ermənilər onu Xankəndiyə gətiriblər.
Oğlu Arzu burada anadan olub. Sağlam doğulan körpəsi iynə vurularaq iflic edilib.
O, cəmi 12 il yaşaya bilib.
Ətraflı “İTV Xəbər”in süjetində: