11 Dekabr 2024
Xamenei İsrailə hücum əmri verdi

Xamenei İsrailə hücum əmri verdi

Xamenei İsrailə hücum əmri verdi

02 Noyabr 2024 09:22 | Baxış sayı: 309

İranın ali rəhbəri vurğulayıb ki, İsrailə cavab verilməməsi məğlubiyyəti qəbul etməkdir; SEPAH generalı da təkrar zərbənin qaçılmaz olduğunu açıqlayıb - analitiklərin şərhi

İranın ali rəhbəri Əli Xamenei İsrailə hücum üçün hazırlıq əmri verib. Bu barədə ABŞ-nin “The New York Times” nəşri adı açıqlanmayan İran rəsmilərinə istinadla məlumat yayıb. Tapşırıq Ali Milli Təhlükəsizlik Şurasına göndərilib. Qeyd olunub ki, Xamenei İsrailin hücumlarında İranın raket istehsal gücünə, Tehran ətrafındakı hava hücumundan müdafiə sistemlərinə və mühüm enerji infrastrukturuna dəyən zərərin miqdarı ilə bağlı yüksək rütbəli hərbi komandirlərin geniş hesabatını nəzərdən keçirdikdən sonra bu qərarı verib. Qəzetin yazdığına əsasən, Xamenei vurğulayıb ki, İsrailin hücumlarına cavab verilməməsi məğlubiyyəti qəbul etmək deməkdir. Bəzi iddialara görə, İran 5 noyabrda ABŞ-də baş tutacaq prezident seçkilərindən öncə İsrailə hücum etməyi planlaşdırır. Bu haqda nüfuzlu CNN televiziya kanalı da xəbər yayıb. Həmçinin “Axios” portalı İsrail kəşfiyyatındakı mənbələrə istinadən məlumat yayıb ki, İran İraq ərazisindən yəhudi dövlətinə genişmiqyaslı zərbə endirməyə hazırlaşır. Məlumata görə, Tehran ABŞ-də noyabrın 5-də keçiriləcək seçkilərdən əvvəl çoxlu sayda PUA və ballistik raketlərdən istifadə etməklə əməliyyat keçirə bilər.