20 Aprel 2025
Xalqımızın qürürla andığı, milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş tarix- 20 yanvar! - David Seliverstov

Xalqımızın qürürla andığı, milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş tarix- 20 yanvar! - David Seliverstov

Xalqımızın qürürla andığı, milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş tarix- 20 yanvar! - David Seliverstov

20 Yanvar 2024 05:24 | Baxış sayı: 1054

20 Yanvar faciəsindən 34 il keçsədə azərbaycan xalqı bu günü unutmur. Hər il bu tarixdə Bakıda, Şəhidlər Xiyabanında izdiham yaşanır.

Bunu AJMEDIA.INFO-a qanlı 20 yanvar faciəsi ilə bağlı "Magen David Azərbaycan"in rəhbəri və Ümum İsrail Dağ Yəhudiləri Assosiasiyasının Azərbaycan nümayəndəliyinin sədri David Seliverstov öz müsahibəsində bildirmişdir.

Düz 34 il əvvəl SSRİ rəhbərliyi əzəli və əbədi torpağı olan Dağlıq Qarabağın Ermənistana verilməsinə qarşı çıxdığına görə Azərbaycanı cəzalandırmaq məqsədilə və Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə Azərbaycana qoşun yeridildi. 1990-cı ilin yanvar ayının 20-də saat 00:00 fövqəladə vəziyyətin elan olunmasına baxmayaraq, bu barədə xalqa heç bir məlumat verilmədi. Sovet Ordusu isə elə ayın 19-da axşam saatlarından Bakı şəhərinin müxtəlif istiqamətlərində amansız qırğınlartörətməyə başladı, əliyalın, fövqaladə vəziyyətdən xəbərsiz insanlara qarşı qətllər törətməyə başladı.

Sovet hərbi qulluqçularının göstərdikləri vəhşiliklərin və qəddarlıqların misli-bərabəri olmadı. Günahsız və əliyalın insanlarımız, qoşun birləşmələri tərəfindən hədəfə alındı.

20 Yanvar faciəsi xalqımız üçün nə qədər ağrılı olsa da, milli kimliyimizin formalaşmasında müstəsna rol oynamışdır. Xalqımız bir daha anladı ki, müstəqillikdən başqa nicat yolumuz yoxdur və faciədən sonra milli azadlıq hərəkatı geniş vüsət almağa başladı.

Milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir. Hər il Ümumxalq Hüzn Gününün ildönümündə milyonlarla insan paytaxtın ən yüksək nöqtəsində salınan Şəhidlər Xiyabanını ziyarət edirək, qəhrəmanlarının xatirəsini anır.

Tarixə qanla yazılan 20 Yanvar faciəsi qurbanlarımızı, vətəni, azadlığı uğrunda ölü­mün gözünə dik baxan Azərbaycan övladlarının əziz xatirəsini dərin hörmət və ehtiramla anaraq, onlara Tanrıdan rəhmət diləyirəm.

Открыть фото Открыть фото Открыть фото