İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
13 dəqiqə əvvəlXalq artistimiz evində fala baxırmış... - Qapısında növbə olub - FOTO
09 Yanvar 2025 15:08 | Baxış sayı: 438
Xalq artisti Aygün Kazımova "Zaurla Günaydın"da etdiyi etirafla hər kəsi təəssübləndirib.
AJMEDİA.İNFO titul.az-a istinadla xəbər verir ki, xanım sənətçi müğənniliyə başlamazdan əvvəl illər öncə özünü falçı kimi sınadığını deyib. Xalq artisti həmin dövrdə yaşadığı evdə onu tanıyan qadınların falına baxaraq, onların etimadını, inamını qazandığın bildirib.
A.Kazımova həmin dövrdə insanların fala, falçıya çox inandığını görüb özünü falçı kimi sınayaraq qısa zaman xeyli "müştəri" toplamağı bacardığını sözlərinə əlavə edib. Sənətçi yaşadığı evin qapısında artıq onun qəbuluna düşmək üçün uzun növbələr yarandığını da etiraf edib.
Xalq artisti fal və falçılığın cahil əlamət olduğunu insanlara göstərmək üçün belə bir addım atdığını deyib.