20 Aprel 2025
Xalq artisti İlhamə Quliyevanın oğlu ölüb? - VİDEO

Xalq artisti İlhamə Quliyevanın oğlu ölüb? - VİDEO

Xalq artisti İlhamə Quliyevanın oğlu ölüb? - VİDEO

31 May 2024 12:16 | Baxış sayı: 530

Xalq artisti İlhamə Quliyevanın övladlıq oğlu Orxan Nadirovla bağlı şok iddia yayılıb.

AJMEDİA.İNFO olay-a istinadən bildirir ki, Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı "Səni axtarıram" verilişində əldə etdiyi məlumata görə, Orxanın həbs olunmadığını bildirib.


O, deyib ki, onun iki pasportu - biri saxta, digəri isə əsl sənədi olub. O. Nadirovun sərhədi keçməsi ilə bağlı heç bir məlumatın olmadığını qeyd edib.

Orxanın anası isə "Orxan mənə 8 ayda bir dəfə də olsun zəng etməyib. Əgər salamat olsa, mənə zəng edərdi. Elə bir məlumatı məndə almışdım. Orxan qurumlar tərəfindən saxlanılmayıbsa, mümkün deyil mənimlə əlaqə saxlamasın. O bilir mən necəyəm, nə problemlərim var. Çünki gün ərzində iki-üç dəfə onunla danışırdım" deyib.