SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
9 saat əvvəlXalq artisti 20 milyon dollarlıq antik əşyaları xaricə keçirməyə CƏHD ETDİ - FOTO
10 Oktyabr 2024 15:06 | Baxış sayı: 333
Rusiya estradasının əfsanəsi, SSRİ Xalq artisti Alla Puqaçova təxminən 20 milyon dollar dəyərində qiymətləndirilən antik əşyaları xaricə keçirməyə cəhd edib.
AJMEDİA.İNFO musavat.com-a istinadən bildirir ki, bu barədə "Shot" telegram kanalı məlumat yayıb.
Qeyd olunub ki, sənət əsərləri arasında Rembrandt və Da Vinçinin rəsmləri də var.
Bildirilib ki, ötən il 75 yaşlı müğənninin nümayəndələri antik əşyaların inventarını tərtib ediblər. Maksim Qalkinin adına rəsmiləşdirilən qiymətli yük Şeremetyevo hava limanından göndərilməli imiş. Lakin gömrükdə natamam sənədlər paketi təqdim edilib. Buna görə də rəsmlər, kitablar və digər əşyalar olan qutuların göndərilməsindən imtina edilib. Kolleksiyaçılar Puqaçovanın kolleksiyasını 20 milyon dollar dəyərində qiymətləndiriblər.
Mütəxəssislərin fikrincə, qədim sənət əsərləri arasında 16-17-ci əsrlərə aid muzey eksponatları da var ki, onları hərraclarda külli miqdarda pula satmaq olar. Məsələn, Leonardo da Vinçinin müasiri Domeniko Puliqonun əsəri hərracda qiyməti 1 milyon dollardan başlayır.
Qeyd edək ki, keçən il Alla Puqaçova Rusiyaya azı iki dəfə, 2023-cü ilin mayında modelyer Valentin Yudaşkinin dəfn mərasiminə və noyabrda Tverdəki səsyazma studiyasına gəlib.