SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəlXaçatryan məhkəmədə AĞLADI - VİDEO/FOTOLAR
13 Oktyabr 2023 07:20 | Baxış sayı: 623
Xəbər verdiyimiz kimi, Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə ittiham olunanlardan biri - Xaçatryan Vaqif Çerkezoviç məhkəmə qarşısına çıxarılıb.
AJMEDİA.İNFO-nun Qafqazinfo-ya istinadən məlumatına görə, Yasamal Rayon Məhkəməsində keçirilən prosesdə Xaçatryanın ağlaması diqqəti çəkib.
Bugünkü iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilir, ilkin dinləmələr keçirilir.
Qeyd edək ki, V.Xaçatryan 1991-ci ilin dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətmə ittihamı ilə beynəlxalq axtarışa verilmişdi. O, bu ilin iyulunda Azərbaycan sərhədçiləri tərəfindən Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.