20 Aprel 2025
“WhatsApp”la bağlı inanılmaz həqiqət üzə çıxdı - Bu şəxslər mesajlarınızı oxuyur

“WhatsApp”la bağlı inanılmaz həqiqət üzə çıxdı - Bu şəxslər mesajlarınızı oxuyur

“WhatsApp”la bağlı inanılmaz həqiqət üzə çıxdı - Bu şəxslər mesajlarınızı oxuyur

14 Yanvar 2025 17:32 | Baxış sayı: 386

Meta şirkətinin rəhbəri Mark Zukerberqin ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin “WhatsApp” mesajlarına daxil ola biləcəyini açıqlaması müzakirələrə səbəb olub.


AJMEDİA.İNFO xəbər verir ki, Zukerberq kəşfiyyat agentliklərinin şəxslərin cihazlarına fiziki olaraq daxil olaraq “WhatsApp” mesajlarını oxuya biləcəyini deyib. Xarici KİV-lər yazır ki, Zukerberqin sözləri texnologiya sahəsindəki ən böyük etiraflardan biridir. Bildirilir ki, “WhatsApp”dakı təhlükəsizlik şifrələməsi xidməti idarə edən şirkətin onu görməməsini təmin etməkdir. Məlumata görə, şifrələmə kimi bəzi təhlükəsizlik tədbirləri görülsə də, bu cür şifrələmələrin heç bir əhəmiyyəti yoxdur. Zukerberq bildirib ki, “WhatsApp”ın şifrələməsi Meta serverlərin mesajların məzmununu görə bilməməsini təmin etsə də, bu, istifadəçinin cihazında saxlanılan məlumatlara aid edilmir. “Euronews”da yer alan xəbərə görə, şifrələmə deyə bir şey demək olar ki, yoxdur. Məlumata görə, telefona uzaqdan giriş halında şifrələmə mesajları qorumaq qabiliyyətinə malik deyil.


Qeyd edək ki, Meta ilk dəfə 2014-cü ildə “WhatsApp”a ucdan-uca şifrələmə gətirib. Bu şifrələmə funksiyası istifadəçilər proqramda başqa şəxslə söhbət etdikdə istifadə olunur.