SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
3 saat əvvəl“WhatsApp”da yenilik - İcazə tələb olunacaq
10 Aprel 2025 10:50 | Baxış sayı: 235
"WhatsApp" istifadəçilərin məxfiliyini daha da möhkəmləndirmək üçün yeni funksiya üzərində işləyir.
AJMEDİA.İNFO xəbər verir ki, "Təkmilləşdirilmiş söhbət məxfiliyi" adlanan bu yenilik başqa istifadəçinin söhbətlərini qeyd etməsinə və ya göndərməsinə mane olacaq. Bildirilir ki, yeni funksiya tərəflər arasında söhbəti daha təhlükəsiz edəcək. Bildirilir ki, yeni funskiya "WhatsApp"ın beta versiyasında istifadəyə verilib. Yenilik istifadəçilərə mesajları üzərində daha çox nəzarət etmək məqsədi daşıyır. Məlumata görə, istifadəçi bu funksiyanı aktivləşdirildikdən sonra foto və video kimi media fayllarının avtomatik olaraq cihaz qalereyasında saxlanılması dayanacaq. Yeni funksiya istifadəçilərin bütün söhbətlərinin kopyalanaraq başqa yerə göndərilməsinin qarşısını alacaq.
Bu tədbirlər istifadəçilərin şəxsi söhbətlərinin digər şəxslər tərəfindən icazəsiz qeydə alınmasını və ya paylaşılmasını xeyli çətinləşdirəcək.