SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
4 saat əvvəl“WhatsApp”da yeni xidmət - İstifadəçiləri darıxmağa qoymayacaq
10 Yanvar 2025 12:36 | Baxış sayı: 305
“WhatsApp” istifadəyə verdiyi suni intellekt sistemini daha əlçatan edir.
AJMEDİA.İNFO xəbər verir ki, bundan əvvəl “WhatsApp”da AI tərəfindən dəstəklənən fərdi chatbotlar yaratmağa imkan verən AI Studio funksiyası istifadəyə verilmişdi. İndi “WhatsApp” bu funksiyanı daha əlçatan etmək üçün tətbiqə xüsusi Süni İntellekt bölməsini əlavə edib. Yenilik “WhatsApp”ın Beta versiyasında müşahidə edilib. Qruplar (Communities) formasında olan AI bölməsi süni intellekt botlarını istifadəçilərə daha intensiv təqdim edəcək. Bu bölmədə tövsiyə olunan və bağlantılar, pop mədəniyyəti, anime kimi müxtəlif kateqoriyalara bölünmüş süni intellekt avatarları təqdim olunacaq. İstifadəçilər burada istədikləri AI botunu seçərək onunla həmin sahə üzrə söhbət edə biləcək.
Bildirilir ki, Meta-nın bu dəyişikliyi “WhatsApp” istifadəçilərini AI-a inteqrasiyanı daha çox sınamağa təşviq etməkdir.