SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
2 saat əvvəl“WhatsApp”da videolarla bağlı yenilik - 3 seçim təqdim edildi
25 Dekabr 2024 10:24 | Baxış sayı: 242
“WhatsApp” istifadəçilərə yeni funksiya təqdim edib.
AJMEDİA.İNFO xəbər verir ki, “WhatsApp” Android telefonlarda fərdiləşdirilmiş video təcrübəsi dəstəyi təklif edir. Bildirilir ki, yeniliyə əsasən istifadəçi videolara baxarkən onun izlənmə sürətini seçə bilər. Məlumata görə, videoların sürəti ilə bağlı seçimlər əvvəllər iOS istifadəçiləri üçün təqdim olunsa da, Android istifadəçiləri üçün indi istifadəyə verilib. “WhatsApp”ın Android beta versiyasında sınaqdan keçirilən yeni funksiya istifadəçilərə üç fərqli video sürəti variantı təklif edir. Normal, 1.5x və 2.0x videonun oxunma sürəti tənzimlənə bilər.
Məlumata görə, videolarla bağlı yenilik istifadəçi müddəti çox olan videolar izləyərkən faydalı olar. İstifadəçi müddəti çox olan videonun sürətini tənzimləyərək vaxtına qənaət edə bilər.