SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
4 saat əvvəl“WhatsApp” istifadəçilərinin çoxdan gözlədiyi FUNKSİYA - Artıq bu da mümkün olacaq
27 İyun 2023 06:23 | Baxış sayı: 567
Artıq “WhatsApp” mesencerində çatlarda mesajları sancaqlamaq mümkün olacaq.
AJMEDİA.İNFO WABetaInfo-ya istinadən xəbər verir ki, müvafiq funksiya “Android” üçün mesencerin beta versiyasında 2.23.13.11 nömrəsi altında işə salınacaq.
Artıq administrator istənilən mesajı çatın yuxarı hissəsinə sancaqlaya biləcək. Bununla da bütün üzvlər vacib məlumatlardan xəbərdar olacaqlar.
İstifadəçi mesajın nə qədər orada qalacağını da seçə biləcək - bir gün, bir həftə və ya bir ay. Bu müddətdən sonra post avtomatik olaraq çıxacaq.
Bundan əlavə, administrator istənilən vaxt mesajı müstəqil şəkildə ləğv edə bilər.
Müvəqqəti sancma funksiyası inkişaf mərhələsindədir və hələ geniş istifadəçilər üçün əlçatan deyil.