20 Aprel 2025
“WhatsApp+” istifadəçilərinə TƏCİLİ XƏBƏRDARLIQ: “Bank hesabları..”

“WhatsApp+” istifadəçilərinə TƏCİLİ XƏBƏRDARLIQ: “Bank hesabları..”

“WhatsApp+” istifadəçilərinə TƏCİLİ XƏBƏRDARLIQ: “Bank hesabları..”

26 Yanvar 2024 07:46 | Baxış sayı: 659

"Saxta “WhatsApp+” istifadə edənlərin bank hesablarından pullar oğurlanır. Pulu oğurlananlar and-aman edib, bankları günahlandırsa da əslində “WhatsApp+”da olan arxa qapı sayəsində bank tətbiqlərinə giriş əldə edilir".

AJMEDİA.İNFO bildirir ki, bunu texnobloger Fərid Pərdəşünas iddia edib.

O qeyd edib ki, Azərbaycan saxta “WhatsApp+” yüklənmə sayına görə dünyada 1-ci yerdədir və bu maraq kütləvi şəkildə hesabların oğurlanmasına səbəb olur.