20 Aprel 2025
“WhatsApp” görüntülü danışıqlarla bağlı yenilik etdi

“WhatsApp” görüntülü danışıqlarla bağlı yenilik etdi

“WhatsApp” görüntülü danışıqlarla bağlı yenilik etdi

15 Yanvar 2025 11:49 | Baxış sayı: 284

“WhatsApp” yeni funksiyaları istifadəyə verib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə şirkətdən açıqlama verilib. "Biz “WhatsApp”dan istifadəni daha asan və əyləncəli etmək üçün çalışırıq” deyə açıqlama verən şirkətdən bildirilib ki, tətbiqin kamera effektləri zənginləşdirilib. Məlumata görə, kamera effektlərinə 30 müxtəlif fon, filtr və effekt əlavə edilib. Digər yenilik isə stikerlərlə bağlıdır. İstifadəçilər selfilərini stikerə çevirə biləcək. Yenilik əvvəlcə android ardınca İOS istifadəçiləri üçün əlçatan olacaq. Həmçinin istifadəçilər stikerləri söhbətlərdə paylaşa biləcəklər.

Bundan əlavə, istifadəçilər reaksiya vermək üçün mesaja iki dəfə toxuna və ən çox istifadə edilən reaksiyalara daha asan keçid edə bilər.