SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
10 saat əvvəlVüsalə efirdə Rafaelə qarşı etdiyi hərəkətə görə TƏNQİD OLUNDU - FOTOLAR
17 Yanvar 2024 14:36 | Baxış sayı: 656
Aparıcı Vüsalə Əlizadə sosial mediada tənqid hədəfi olub.
AJMEDİA.İNFO oxu.az-a istinadən xəbər verir ki, buna səbəb onun aparıcılıq etdiyi proqramda qonaq olan karateçi Rafael Ağayevə qarşı etdiyi jest olub.
O, 6 qat dünya çempionu olan idmançının 3 il əvvəl dünyasını dəyişən anası ilə birlikdə portretini efirdə ona hədiyyə edib. Daha sonra isə "ana" mahnısı səsləndirilib. İdmançı isə bu mənzərə qarşısında göz yaşlarına hakim ola bilməyib. Aparıcının anasını qucaqlayaraq Rafael Ağayevin ağlamasını biganə şəkildə seyr etməsi izləyiciləri özündən çıxarıb.
Hər kəs Vüsaləni empati qurmamaqda ittiham edib.