SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
10 saat əvvəlVuçiç Serb Tərəqqi Partiyasının lideri vəzifəsindən istefa verəcəyini açıqlayıb
26 May 2023 22:52 | Baxış sayı: 585
Serbiya Prezidenti Aleksandar Vuçiç hakim Serb Tərəqqi Partiyasının sədri vəzifəsindən istefa verəcəyini açıqlayıb.
“Bu gün Serb Tərəqqi Partiyasının sədri kimi sizə müraciət etdiyim son axşamdır. Sabah mən siyasi partiyanın sədri deyil, Serbiyanın bütün vətəndaşlarının lideri olacağam”, - Vuçiç ölkə hökumətinə dəstək məqsədilə keçirilən ümummilli mitinq iştirakçıları qarşısında çıxış edərkən deyib.
Qeyd edək ki, Aleksandar Vuçiç 2012-ci il sentyabrın 29-da partiyanın sədri seçilib.