20 Aprel 2025
Vilayət Eyvazovdan İsmayılzadə ilə bağlı ƏMR

Vilayət Eyvazovdan İsmayılzadə ilə bağlı ƏMR

Vilayət Eyvazovdan İsmayılzadə ilə bağlı ƏMR

14 Mart 2023 11:44 | Baxış sayı: 697

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

AJMEDİA.İNFO lent.az-a istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin rəisi polis mayoru Cavid İsmayılzadə vəzifəsindən azad edilərək, Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə rəis təyin edilib.

Hələlik onun yerinə təyinat yoxdur.