SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəlVilayət Eyvazov məşhur DPY rəisini İŞDƏN ÇIXARDI
01 Avqust 2023 11:51 | Baxış sayı: 572
Bakının tanınmış DYP rəisi işdən çıxarılıb.
AJMEDİA.İNFO Lent.az-a istinadla xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Xətai rayon Dövlət Yol Polisi İdarəsinin (DYP) rəisi, polis polkovnik-leytenantı Cavanşir Ələkbərov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
Qeyd edək ki, C.Ələkbərov Bakının tanınmış DYP rəislərindən biridir. Onun adı mətbuatda bir sıra qalmaqallarda hallanıb.
Xatırladaq ki, sonuncu dəfə isə mediada onun rüşvət alması ilə bağlı səs yazıları yayılıb.
O zaman C.Ələkbərovla bağlı səs yazısını yayan şəxs həbs edilib.