İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
6 saat əvvəlVətən müharibəsi şəhidinin yeganə övladı dünyasını dəyişdi... - Foto
26 Fevral 2023 06:54 | Baxış sayı: 776
Vətən müharibəsi şəhidi Valeh Əkbərzadənin yeganə övladı dünyasını dəyişib.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə şəhid mayor Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu sosial şəbəkə hesabında məlumat yayıb.
“Lənkəran rayonunun Boladi kəndinin şəhidi Valeh Əkbərzadənin yeganə övladı Murad ağır ürək çatışmazlığı xəstəliyindən vəfat edib.
Valeh Əkbərzadə 5 noyabr 2020-ci il tarixdə Şuşada şəhid olub. Ata-bala qovuşdular.
Allah rəhmət eləsin”, - E.İslamoğlu bildirib.
Qeyd edək ki, Valeh Əkbərzadə Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.
Yeniavaz.com