SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
3 saat əvvəlVətən müharibəsi şəhidinin anası VƏFAT ETDİ - FOTOLAR
30 Oktyabr 2023 07:45 | Baxış sayı: 810
Vətən müharibəsi şəhidi Əyyub Süleymanovun anası Şüşən Əsədova vəfat edib.
AJMEDİA.İNFO xəbər verir ki, əslən Cəbrayıl rayonundan olan şəhidin anası Biləsuvar rayonunda uzun sürən onkoloji xəstəlikdən dünyasını dəyişib.
Qeyd edək ki, 2001-ci il təvəllüdlü Ə.Süleymanov ailənin yeganə oğul övladı olub. O, 1 noyabr 2020-ci ildə Laçın rayonunun Güləbird kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Laçının azad olunmasına görə", "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib.