20 Aprel 2025
Venesuela Peru ilə diplomatik əlaqələri kəsdi

Venesuela Peru ilə diplomatik əlaqələri kəsdi

Venesuela Peru ilə diplomatik əlaqələri kəsdi

31 İyul 2024 09:04 | Baxış sayı: 549

Venesuela ölkənin xarici işlər naziri Xavyer Qonsales Olaeçeanın müxalifət lideri Edmundo Qonsalesi Bolivar Respublikasının seçilmiş prezidenti elan etməsindən sonra Peru ilə diplomatik əlaqələri kəsir.
AJMEDİA.İNFO
xəbər verir ki, bu barədə Venesuelanın xarici işlər naziri İvan Xil Pinto “X” sosial şəbəkə hesabında bildirib.
“Venesuela hökuməti Diplomatik Münasibətlər haqqında 1961-ci il Vyana Konvensiyasının 45-ci maddəsinə əsasən Peru Respublikası ilə diplomatik münasibətləri kəsmək qərarına gəlib”, - o, qeyd edib.
XİN rəhbərinin sözlərinə görə, Karakas Venesuela xalqının iradəsini və konstitusiyasını tanımayan Peru xarici işlər nazirinin məsuliyyətsiz bəyanatları ilə əlaqədar bu addımı atmaq məcburiyyətində qalıb.
Daha əvvəl RPP radiostansiyasına müsahibə verən Qonsales Olaeçea Venesueladakı seçkilərin nəticələrini şərh edərkən, “Cənab Qonsales Venesuelanın seçilmiş prezidentidir”, - deyib.
Qeyd edək ki, iyulun 28-də Venesuelada prezident seçkiləri keçirilib. Ölkənin Milli Seçki Şurasının açıqladığı məlumata görə, Nikolas Maduro seçicilərin 51,2 faizinin səsini alıb və prezident seçilib. Onun əsas rəqibi, ifrat sağçı partiyaların namizədi Edmundo Qonsalesin isə 44,2% səs topladığı qeyd olunub.