SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
10 saat əvvəlVelosiped zolağına işıqfor qoydular - Video
27 İyun 2023 13:59 | Baxış sayı: 722
Buzovna-Mərdəkan yolunun kənarında velosipedçilərin rahat və təhlükəsiz hərəkəti üçün xüsusi zolaq salınıb. Amma həmin zolaqlardan birinin üzərində işıqforun olması hərəkəti çətinləşdirir.
AJMEDİA.İNFO Xəzər TV-yə istinadla xəbər verir ki, söhbət Buzovna -Mərdəkan yolunun kənarında salınan və uzunluğu 8.2 km olan velosiped yolundan gedir.
Məsələ ilə bağlı Bakı Abadlıq Xidmətindən bildirildi ki, sözügedən velosiped zolağı tam təhvil verilməyib, son tamamlanma işləri gedir. İşıqforun velosiped zolağının üzərində olmasından məlumatlıdırlar.
''İşıqforun yerinin dəyişdirilməsi üçün aidiyyəti quruma artıq müraciət edilib. Bayram tətili bitdikdən sonra işqıfor oradan götürüləcək'', - deyə qurumdan əlavə edilib.