SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
10 saat əvvəlVəkil 14 yaşlı oğlu tərəfindən QƏTLƏ YETİRİLDİ - FOTOLAR
19 Yanvar 2024 13:04 | Baxış sayı: 526
Türkiyədə vəkil 14 yaşlı oğlu tərəfindən öldürülüb.
AJMEDİA.İNFO xəbər verir ki, dəhşətli hadisə saat 08:00 radələrində Sancaqtəpə Sarıqazi məhəlləsində baş verib.
Vəkil Fatih Gürbüz Karakoyunlunun həyat yoldaşı oğlu 14 yaşlı K. Karaqoyunlunu məktəbə aparmaq üçün evdən çıxıb.
Telefonunu unutduğunu deyib, geri qayıdan 14 yaşlı oğlan evə girərək otağında yatan atasına 20 bıçaq zərbəsi vurub.
Yeniyetmə dərhal anasının yanına qaçıb və evdə yad birinin olduğunu deyib.
Anası evə gedəndə ərini qanlar içində görüb. Hadisə yerinə polis çağırılıb.
Vəkil Fatih Gürbüz Karakoyunlunun cəsədi yarılma üçün Ədliyyə Tibb Təşkilatının meyitxanasına aparılıb.
Qeyd edək ki, dünyasını dəyişən vəkil Fatih Gürbüz Karakoyunlun son parlament seçkilərində CHP-dən 1-ci Bölgə İstanbul Namizədi olub.
Hadisə ilə bağlı araşdırma aparılır.(bakupost)