20 Aprel 2025
Vəfa Zeynalova kafedə işləməyə başladı - FOTOLENT

Vəfa Zeynalova kafedə işləməyə başladı - FOTOLENT

Vəfa Zeynalova kafedə işləməyə başladı - FOTOLENT

25 Aprel 2023 10:43 | Baxış sayı: 1043

Tanınmış aktrisa, əməkdar artist Vəfa Zeynalova özünə yeni biznes qurub. Bundan öncə geyim mağazası açan aktrisa indi də kafe işlətməyə başlayıb.

AJMEDİA.İNFO Lent.az-a istinadən xəbər verir ki, şəhərin mərkəzində yerləşən kafeyə retro üslubunda tərtibat verilib. Məkanın dizaynında Azərbaycan aktyorlarının fotolarından, filmlərdəki obrazlarından, köhnə pianodan və milli üslubdan istifadə edib.

Kafenin bütün əməkdaşları milli geyimlər geyinirlər. Vəfa Zeynalova özü də yeni açılmış kafesində gələn qonaqlarını qarşılayır.O, hələlik günün çox hissəsini kafedə keçirdiyini söyləyib. Kafenin qonaqları retro musiqilər altında xoş saatlar keçirirlər.

Vəfa Zeynalova Akademik Milli Dram Teatrındakı fəaliyyətinə də davam edir.

Vəfa Zeynalova kafedə işləməyə başladı - FOTOLENT