SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəlVaşinqton Kiyevə kibertəhlükəsizlik üçün 37 milyon dollar ayıracaq
05 İyun 2023 19:45 | Baxış sayı: 484
ABŞ administrasiyası Ukraynanın kibertəhlükəsizliyini gücləndirmək üçün Kiyevə 37 milyon dollar ayırmaq niyyətindədir.
Bu barədə ABŞ Dövlət Departamentinin bu gün yaydığı məlumatda deyilir.
Sənəddən anlaşılır ki, ABŞ və Ukrayna rəsmiləri iyunun 1-də Estoniya paytaxtı Tallində kiberdialoq çərçivəsində görüş keçirib və bu görüşdə Amerika tərəfi Ukraynanın kiber sferada müdafiəsini dəstəkləməyə sarsılmaz sadiqliyini təsdiqləyib.
“ABŞ Ukraynaya əlavə 37 milyon dollar yardım ayrılması üçün Konqreslə işləyir. Bununla ümumi məbləğ 2022-ci ilin fevralından 82 milyon dollara çatacaq, 2016-cı ildən bəri isə 120 milyon dolları keçəcək. Bu yardım Ukraynanın təhdidləri müəyyən etmək, onların qarşısını almaq və onlara cavab vermək potensialının gücləndirilməsinə yardım edib, eləcə də son dərəcə vacib şəbəkələrin və rəqəmsal infrastrukturun qorunmasına töhfə verib”, - Dövlət Departamentindən bildirilib.
Tərəflər Ukraynanın rəqəmsal sahədə uzunmüddətli inkişafında kibertəhlükəsizliyin rolunu müzakirə ediblər. Onlar həmçinin bu sahədə ABŞ və Ukrayna arasında gələcək əməkdaşlıq haqqında fikir mübadiləsi də aparıblar.