İsrail İranın nüvə obyektlərinə hücumu istisna etmir – KİV
6 saat əvvəlVaşinqton: ABŞ və İsrailin İrandakı partlayışlarla heç bir əlaqəsi yoxdur
04 Yanvar 2024 07:25 | Baxış sayı: 601
İranın Kirman şəhərində Süleymaninin dəfn olunduğu yerin yaxınlığında baş verən partlayışlarda 100-dən çox adam ölüb, 188 nəfər yaralanıb. Hücumlara görə məsuliyyəti heç bir qrup öz üzərinə götürməyib.
AJMEDİA.İNFO xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Vaşinqtonun bu işə qarışmadığını və “İsrailin də əli olduğuna inanmaq üçün heç bir əsas olmadığını” deyib.
İran prezidenti İbrahim Rəisi İsraili günahlandırıb və bunun “ağır bir bədəl ödəyəcəyi” ilə hədələyib.
Partlayış bölgədə gərginliyin artması fonunda baş verib.