20 Aprel 2025
Vasif Talıbovun yerinə YAP-ın namizədi O OLDU - FOTO

Vasif Talıbovun yerinə YAP-ın namizədi O OLDU - FOTO

Vasif Talıbovun yerinə YAP-ın namizədi O OLDU - FOTO

17 İyul 2024 10:45 | Baxış sayı: 441

Xəbər verdiyimiz kimi, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası keçirilib.İclasda 2024-cü ilin sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə YAP-ın namizədləri müəyyənləşib. Siyahıda Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun adı yer almayıb.

AJMEDİA.İNFO Manset.az-a istinadən xəbər verir ki, Vasif Talıbovun əvvəllər namizəd olduğu 1 saylı Şərur-Sədərək seçki dairəsindən YAP-ın namizədi, VI çağırış Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov olacaq.

Ziyafət Əsgərov açıqlamasında 1 saylı Şərur-Sədərək seçki dairəsindən hakim Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olacağını təsdiqləyib.