SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
4 saat əvvəlVasif Talıbovun daha bir qohumu VƏZİFƏSİNDƏN AZAD EDİLDİ
11 Yanvar 2023 10:32 | Baxış sayı: 438
Naxçıvanın Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat şöbəsinin (ZAQS) rəhbəri Sənufər Sultanova vəzifəsindən azad edilib.
AJMEDİA.İNFO xəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, Sənufər Sultanova artıq bir neçə gündür işə gəlmir.
Bildirək ki, S.Sultanova Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun qayınanasıdır.
Pensiya yaşının çoxdan ötməsinə baxmayaraq hələ də vəzifədə olan 80 yaşlı qadın kürəkəninin sədr olduğu vaxtlarda öz işinə davam edirdi. Lakin bir neçə gündür onun işə gəlməməsi ilə bağlı xəbərlər ortaya çıxıb. Belə ki, Sənufər Sultanovanın ərizə yazdığı, yaxın zamanda istefa ərizəsinin qəbul ediləcəyi gözlənilir.