SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəlVasif Talıbov İlham Əliyevin inaqurasiya mərasiminə ÇAĞIRILMADI
16 Fevral 2024 08:55 | Baxış sayı: 536
Xəbər verdiyimiz kimi, 7 fevral növbədənkənar prezident seçkilərində yenidən ölkə başçısı seçilən İlham Əliyevin Milli Məclisdə inaqurasiya mərasimi keçirilib.
Mərasimdə hökumət üzvləri ilə yanaşı, Milli Məclisin deputatları da dəvətli olub. Ancaq Prezidentin andiçmə mərasimində Naxçıvandan olan deputat Vasif Talıbovun orada görünməməsi diqqətə səbəb olub.
AJMEDİA.İNFO-nun xəbərinə görə, Gununsesi.info-nun araşdırması zamanı məlum olub ki, Vasif Talıbov İlham Əliyevin inaqurasiya mərasiminə çağırılmayıb.
Məlumatda görə, o, bu tədbirə qatılmaq üçün Naxçıvandan Bakıya gəlsə də, son anda adının dəvətlilər siyahısında olmamasını öyrənib.