SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəlVasif Talıbov Ali Məclisin komitə üzvü SEÇİLDİ - İLK DƏFƏ
01 Avqust 2023 13:35 | Baxış sayı: 576
Bu gün Naxçıvan Ali Məclisinin növbədənkənar sessiyası çağırılıb.
AJMEDİA.İNFO xəbər verir ki, sessiyada Ali Məclis komitələrinin sədrləri, sədr müavinləri və üzvlərinin adları açıqlanıb. Yeni tərkiblə deputatların sayı 5-dən 10-a çatdırılıb, 6 komitədən 2-si ləğv edilib.
Komitə üzvləri arasında Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbov və oğlu Seymur Talıbov da yer alıb. V.Talıbov Sosial siyasət komitəsinin, S. Talıbov isə Hüquq siyasəti komitəsinin üzvü seçilib.
Qeyd edək ki, Vasif Talıbov indiyədək heç bir komitənin üzvü olmayıb. Seymur Talıbov isə bundan əvvəl İnsan hüquqları, beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü idi.