SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
8 saat əvvəlVardanyan Bakıdan İrəvana zəng etdi – Arvadı onu bu qərarı verməyə razı saldı
26 Aprel 2024 08:52 | Baxış sayı: 475
Bakıda həbsdə saxlanılan qondarma “artsaxın keçmiş dövlət naziri”, Qarabağda separatçılığı və terrorçuluğu maliyyələşdirən milyarder Ruben Vardanyan ailəsilə əlaqə saxlayıb.
AJMEDİA.İNFO Ermənistan mətbuatına istinadən xəbər verir ki, Vardanyana həyat yoldaşı Veronika Zonabend ilə telefon danışığa aparmağa şərait yaradılıb.
Qeyd olunur ki, xanımı Ruben Vardanyanı aclığı dayandırmağa razı sala bilib.
Ruben Vardanyan 2023-cü ilin 27 sentyabrında Azərbaycanın hüquq mühafizə orqanları tərəfindən Qarabağdan qaçmaq istəyərkən saxlanılıb. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin terrorçuluğu maliyyələşdirmə, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak, Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə maddələri ilə ittiham olunur. Hazırda barəsində istintaq-əməliyyat tədbirləri davam etdirilir. (yenisabah.az)