20 Aprel 2025
Vaqif Hüseynov VƏFAT ETDİ - FOTO

Vaqif Hüseynov VƏFAT ETDİ - FOTO

Vaqif Hüseynov VƏFAT ETDİ - FOTO

04 İyun 2024 18:24 | Baxış sayı: 445

Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin sədri olmuş (1989–1991) Vaqif Hüseynov vəfat edib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə "Moskovskiy Komsomolets" qəzeti məlumat yayıb.

    Bildirilib ki, Vaqif Hüseynov ömrünün 82-ci ilində dünyasını dəyişib.

    Qeyd edək ki, Vaqif Hüseynov 27 noyabr 1942-ci ildə Quba şəhərində anadan olub.

    Orta təhsilini başa vurduqdan sonra 1961–1964-cü illərdə SSRİ Silahlı Qüvvələrində hərbi xidmət keçib.

    1971-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.

    Ali təhsilini başa vurduqdan sonra jurnalist kimi bir sıra mətbu orqanlarda — "Sport", "Molodyoj Azerbaydjana", "Olimpiyskaya Panorama" qəzetlərində, o cümlədən Azərbaycan televiziyasında fəaliyyət göstərib.

    Dövlət Təhlükəsizlik Komitəsinin keçmiş sədri VƏFAT ETDİ