SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəl“Valideynlər qızlarını pula satırlar“ - Ginekoloqdan qalmaqallı sözlər
07 Yanvar 2023 13:18 | Baxış sayı: 460
"Son 1 ildə 14-17 yaşlı qızlar arasında abortların sayı 2 dəfə artıb. Bu o deməkdir ki, qızlarımız cinsi həyata çox erkən başlayırlar. Bu isə ondan qaynaqlanır ki, yeniyetmə qızlar təhsildən yayınır və yaxud yayındırılır. Bu gün erkən ərəvermələr "N" qədərdir. Valideynlər qızlarını pula satırlar".
Bizim.Media xəbər verir ki, bunu tanınmış ginekoloq Təranə Həsənova söyləyib.
O əlavə edib ki, erkən cinsi əlaqələr çox vaxt abortlarla yekunlaşır:
"Abort isə bütün hallarda qadın orqanizmində çox ciddi fəsadlar yaradır. Bu fəsadların bir qismi dərhal, bir qismi isə sonra baş verir. Dərhal baş verən fəsadlar ondan ibarətdir ki, abort zamanı uşaqlıq deşilə bilər.
Abortdan sonra iltihab əmələ gələb bilər. Və qadın bundan çox ciddi əziyyət çəkə bilər. Bu müalicə ilə keçmir və endometrik xəstəliyə çevrilir. Endrometrik də o deməkdir ki, qadın ömrüboyu ağrılarla yaşamağa məhkumdur. Abort çox zaman sonzuzluğa yol açır. Düzgün əməliyyat edilməyən qadın ömürboyu hamilə qalmıya bilər".
Ginekoloq abortun digər təhlükələrindən də danışıb:
"Bəzi hallarda abort zamanı uşaqlıq boynu müxtəlif yolla genəldilir. Bu da uşaqlıq boynuna mexaniki təsir göstərir. Belə halla rastlaşan qadınlarda 40 yaşdan sonra uşaqlıq boynunun xərçəngi yaranır. Qadınlarda yumurtalıqların xərçənginin bir səbəbi də abort göstərilir.
15 yaşlı qızla, 30 yaşlı qadının etdiyi abort arasında fərq ondan ibarətdir ki, erkən yaşda orqanizm tam yetişməmiş olur. Hormonal balans tam qurulmayıb. Noolsun ki, gənc qız hamilə qalır?!
Hamilə qalmaq hələ hormonal balansın yetişməsi demək deyil. Ona görə də erkən abort etdirən qızlarda sonradan çox ciddi endrokrinoloji xəstəliklər baş verir. Ümumiyyətlə, abort qadın üçün çox təhlükəlidir. Erkən yaşda baş verdikdə isə bu təhlükə 2 dəfə artır".
Yenisabah.az