SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
11 saat əvvəlVahid Əhmədovun oğluna yeni vəzifə verilir
07 Aprel 2025 11:32 | Baxış sayı: 294
Sabiq deputat Vahid Əhmədovun oğlu yeni vəzifəyə təyin ediləcək.
AJMEDİA.İNFO xəbər verir ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasının gündəliyinə daxil edilən layihəyə əsasən, Zəfər Vahid oğlu Əhmədov Bakı Apellyasiya Məhkəməsinə hakim təyin ediləcək.
Qeyd edək ki, Zəfər Əhmədov 6 iyul 2024-cü ilədək Qaradağ rayon prokuroru vəzifəsində çalışıb. Onun 5 illik səlahiyyət müddəti başa çatdıqdan sonra yenidən eyni vəzifəyə təyin edilməyib.