SON DƏQİQƏ: Rusiya Ukraynada hərbi əməliyyatları dayandırdı
12 saat əvvəlÜsyana görə keçmiş baş nazir həbs edilib
21 İyun 2023 04:08 | Baxış sayı: 631
Peru polisi üsyanı təşkil etməkdə ittiham olunan keçmiş baş nazir Betsi Çavesi həbs edib.
Perunun Baş Prokurorluğu Çavesin saxlanmasını istəyib və onun barəsində 18 aylıq həbs qətimkan tədbiri seçilib.
7 dekabr 2022-ci ildə Perunun o zamankı prezidenti Pedro Kastilyo Konqresin (birpalatalı parlamentin) buraxıldığını və komendant saatı tətbiq olunduğunu elan edib. O, korrupsiya ittihamlarına görə impiçment məsələsinə baxılan parlament iclasından əvvəl çıxış edib.
Deputatlar səsverməni ləğv etməyib və prezidentin səlahiyyətlərindən məhrum edilməsini təsdiqləyiblər. Hərbçilər və polislər Konqresə dəstək veriblər.
Kastilyo üsyan təşkil etməkdə ittiham edilərək saxlanılıb. Onun istefasından sonra Peruda etiraz aksiyaları və iğtişaşlar başlayıb, onlarla insan həlak olub.